Şvartsenegger Trampa görə ABŞ-ı tərk edir?

Şvartsenegger Trampa görə ABŞ-ı tərk edir?
Gündəm 20 Yanvar 2025 19:30

Hollivud ulduzu, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Donald Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar ABŞ-ı tərk edəcəyinə dair yayılan xəbərləri təkzib edib.

Sitat.info xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb.

"Yalan xəbərlərə inanmayın. Mən Avstriyada doğulmuşam, amma Amerikada yaradılmışam və heç vaxt getməyəcəyəm", - o bildirib.

Qeyd edək ki, Tramp prezident seçkilərində qalib gəldikdən sonra Şvartseneggerin Amerikadan gedəcəyi iddia edilirdi. Prezidentlik kampaniyası zamanı Kaliforniyanın sabiq qubernatoru Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəkləyib. Eyni zamanda, Şvartsenegger Trampı tənqid edərək bildirmişdi ki, siyasətçi amerikalıların problemlərini həll etməyəcək.