İsrail və HƏMAS atəşkəs sazişi imzaladı

İsrail və HƏMAS atəşkəs sazişi imzaladı
SİYASƏT 16 Yanvar 2025 23:01

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.

Sitat.info xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Bütün tərəflər Qəzza zolağı ilə bağlı saziş imzalayıblar. Sənədə son düzəlişlər edilib", - məlumatda bildirilib.