Starmer Kiyevdə: Ukrayna ilə tarixi saziş imzalandı

Starmer Kiyevdə: Ukrayna ilə tarixi saziş imzalandı
Gündəm 16 Yanvar 2025 17:15

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Ukraynanın paytaxtına səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

Britaniya hökuməti bildirib ki, Starmer və Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə, elm, energetika və ticarət kimi sahələri əhatə edən və "tarixi saziş" adlandırılan "100 illik tərəfdaşlıq" müqaviləsi imzalayacaqlar.