Cənubi Koreya Prezidenti həbs olunub

Cənubi Koreya Prezidenti həbs olunub
SİYASƏT 15 Yanvar 2025 09:01

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Yonhap entliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir.

“İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, – agentlik yazıb.