Ermənistan XİN təsdiqlədi: Mirzoyan Rusiyaya gedir

Ermənistan XİN təsdiqlədi: Mirzoyan Rusiyaya gedir
SİYASƏT 14 Yanvar 2025 21:00

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfər etməyi planlaşdırır. 

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

Onun sözlərinə görə, Mirzoyanın səfəri iki ay əvvəl planlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarına səfərlə bağlı dəvət göndərildiyini açıqlamışdı.