İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı
SİYASƏT 14 Yanvar 2025 15:45

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb.

Sitat.info xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.