Rusiyada hərbi hospitalda yanğın baş verib

Rusiyada hərbi hospitalda yanğın baş verib
Gündəm 13 Yanvar 2025 16:34

Rusiyanın Tula şəhərində hərbi hospitalda yanğın baş verib.

Sitat.info xəbər verir ki, yanvarın 13-də Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospitalın binası yanıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın üçüncü mərtəbədə baş verib.

Qeyd edək ki, yanğının baş verdiyi bina tarixidir.1870-ci ildən Tulada ilk qızlar gimnaziyası bu binada yerləşib. Böyük Vətən Müharibəsi illərində burada xəstəxana yaradılıb. Hazırda isə bu binada Rusiya Hava Desant Qüvvələrinin 39-cu tibbi dəstəsi yerləşir.