"8-ci kilometr" bazarında ÖLÜM

\"8-ci kilometr\" bazarında ÖLÜM
HADİSƏ 11 Yanvar 2025 14:28

Bakıda bazarda ölüm hadisəsi olub.

Sitat.info Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "8-ci kilometr" bazarında qeydə alınıb.

Buraya alış-verişə gələn 65 yaşlı Nazilə Bərxudar qızı Əliyeva qəfil dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.