Yeni vəzifəyə təyin edilən Samir Şərifovdan İLK AÇIQLAMA

Yeni vəzifəyə təyin edilən Samir Şərifovdan İLK AÇIQLAMA
SİYASƏT 10 Yanvar 2025 16:08

Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək baş nazirin müavini təyin edilib.

Sitat.info xəbər verir ki, yeni təyinatı ilə bağlı Manset.az-a açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "

Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələlik müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm.

O məsələlərə baş nazir baxacaq, Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq".

Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb. O, nazir postuna 2006-cı ildə təyin edilmişdi.