Saatlıda narkotik vasitələrin təsiri altında olan iki sürücü saxlanılıb

Saatlıda narkotik vasitələrin təsiri altında olan iki sürücü saxlanılıb
KRİMİNAL 10 Yanvar 2025 15:21

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən rayon sakinləri E.Muradov və T.Abasov saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sitat.info-ya verilən məlumata görə, tibbi müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.

Sürücülər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.