Son bir ayda nə qədər suriyalı Türkiyədən qayıdıb?

Son bir ayda nə qədər suriyalı Türkiyədən qayıdıb?
Gündəm 09 Yanvar 2025 17:45

Son bir ay ərzində (8 dekabr 2024-cü ildən) 52 min 622 suriyalı Türkiyədən öz vətəninə geri qayıdıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib.

“Hazırda ölkə ərazisində 2 milyon 880 min suriyalı mövcuddur. Onların da etibarlı şəkildə geri dönüşü təmin edilir”, - nazir bildirib.