Ukrayna hücuma keçdi: Rusiya fövqəladə vəziyyət elan etdi

Ukrayna hücuma keçdi: Rusiya fövqəladə vəziyyət elan etdi
Dünya 09 Yanvar 2025 12:27

Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə hücumuna məruz qalan Saratov vilayətinin Engels şəhərində Rusiya fövqəladə vəziyyət elan edib.

Sitat.info xəbər verir ki, Saratov qubernatoru Roman Busargin Ukraynanın Saratov şəhərinə pilotsuz təyyarə hücumundan danışıb.

Busargin hücuma görə Engelsdəki sənaye bölgəsində baş verən yanğının davam etdiyini və bölgədə fövqəladə vəziyyət elan edilməsinə qərar verildiyini bildirib.

Seymur,

Sitat.info