Hər zaman Azərbaycanın yanında olacağıq - Ərdoğan

Hər zaman Azərbaycanın yanında olacağıq - Ərdoğan
SİYASƏT 08 Yanvar 2025 23:24

Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.

Sitat.info  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Ərdoğan ölkələr arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb.

Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyib.