60 müsəlman ölkəsindən məhz Azərbaycan seçildi - Əliyev

60 müsəlman ölkəsindən məhz Azərbaycan seçildi - Əliyev
SİYASƏT 07 Yanvar 2025 22:12

Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.

Sitat.info xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir.

Prezident həmçinin qeyd edib:

“Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”.