Azərbaycan gəmiləri heyətlə birgə girov götürüldü

Azərbaycan gəmiləri heyətlə birgə girov götürüldü
Gündəm 07 Yanvar 2025 20:03

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrika yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

Sitat.info xəbər verir ki, bu barədə uzaqsəfərlər kapitanı Səyyar Quliyev məlumat verib.

O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreyaya istiqamətinə yönəldiyi bildirilir.