Trampa sərt cavab: Qrenlandiya satılmır!

Trampa sərt cavab: Qrenlandiya satılmır!
Gündəm 07 Yanvar 2025 19:50

Qrenlandiyanın gələcəyini satılmayan adanın sakinləri müəyyən etməlidir. 

Sitat.info xəbər verir ki, bu sözləri Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

"Qrenlandiya satılmır. Qrenlandiyanın gələcəyini başqası deyil, qrenlandiyalıların özləri müəyyənləşdirməsi vacibdir", - deyə danimarkalı siyasətçi TV2-yə verdiyi müsahibəsində bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp 2024-cü ilin dekabrında Qrenlandiyanın ilhaqını “mütləq zərurət” adlandırıb, bunu ABŞ-ın milli təhlükəsizliyi ilə əlaqələndirib.