Sistan və Bəluçistanda silahlı qarşıdurma oldu

Sistan və Bəluçistanda silahlı qarşıdurma oldu
Gündəm 07 Yanvar 2025 18:15

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərindəki polis bölməsi ətrafında şiddətli silahlı qarşıdurma olub.

Sitat.info xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, yanvarın 6-sı gecə saatlarında naməlum şəxslərlə hökumət qüvvələri arasında baş verən qarşıdurmada avtomat və iri çaplı silahlardan istifadə olunub.

Atışma təxminən 2 saat davam edib.

Silahlı qarşıdurma və nəticələri ilə bağlı rəsmi məlumat verilməyib.