Sibiqa Fidanla danışdı: Razılıq...

Sibiqa Fidanla danışdı: Razılıq...
Gündəm 04 Yanvar 2025 18:00

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə A.Sibiqa X platformasında paylaşım edib.

Nazir bildirib ki, həmkarı ilə ikitərəfli münasibətləri, döyüş meydanındakı hazırkı vəziyyəti, Qara dənizdə təhlükəsizlik, Suriya və Yaxın Şərqdəki son durumu müzakirə ediblər.

“Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün əlaqələndirilmiş şəkildə çalışmaq barədə razılığa gəldik”, - XİN başçısı paylaşımında qeyd edib.