Berbok Əsədin ən dəhşətli həbsxanasına getdi

Berbok Əsədin ən dəhşətli həbsxanasına getdi
Gündəm 03 Yanvar 2025 20:43

Suriyada səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok devrilmiş prezident Bəşər Əsədin həbsxanalarını ziyarət edib.

Sitat.info xəbər verir ki, bu barədə “Bild” məlumat verib.

Məlumata görə, Berbok ən dəhşətli işgəncələrin verildiyi bildirilən Sednaya həbsxanasında olub.

Qeyd olunub ki, Berbok və yanındakılar həbsxanadakı üfunət iyindən qorunmaq üçün qoruyucu maskalar taxıblar.