Husilər Təl-Əvivdəki elektrik stansiyasını vurdu

Husilər Təl-Əvivdəki elektrik stansiyasını vurdu
Gündəm 03 Yanvar 2025 19:00

Husilər İsrailin Təl-Əviv yaxınlığında yerləşən elektrik stansiyasına hipersəs ballistik raketlə hücum edib.

Sitat.info xəbər verir ki, bunu Husi üsyançılarının sözçüsü Yəhya Səriyə deyib.

"Yəmən Silahlı Qüvvələri Yaffanın şərqində yerləşən İsrailin elektrik stansiyasına zərbə endirmək üçün Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Raket hədəfi dəqiqliklə vurub”, - Səriyə bildirib.