Moldovadan Ermənistan şirkətinə qadağa...

Moldovadan Ermənistan şirkətinə qadağa...
Gündəm 02 Yanvar 2025 20:35

Moldovanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi bir neçə ölkənin, o cümlədən Rusiyanın və Ermənistanın aviaşirkətlərinin fəaliyyətinə qadağa qoymağı təklif edir.

Sitat.info xəbər verir ki, bu barədə Moldova mediası yazıb.

Qadağa siyahısına aşağıdakı Rusiya aviaşirkətləri daxil olacaq: "Avrora", "Aviastar-TU", "İjaviası", "Yakutiya Aviaşirkəti", "RusJet", "YUT Aero", "Sibir", "Smartavia Aviaşirkəti", "İrAero", "Ural Hava Yolları", "ALROSA", NordStar, "RusLine", "Yamal Hava Yolları", NordWind, "İkar", "iFly", "Pobeda", "Aeroflot", "Rusiya", "SKOL", "Utair".

Eyni zamanda, Moldovanın “FlyOne” qrupuna daxil olan “FlyOne Armenia” aviaşirkətinin də fəaliyyəti qadağan olunacaq.

Nazirlik layihənin 9 yanvara qədər ictimai müzakirəyə çıxarılacağını bildirir.