İsrail HƏMAS-ın komanda mərkəzini vurdu

İsrail HƏMAS-ın komanda mərkəzini vurdu
Gündəm 02 Yanvar 2025 19:15

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS hərəkatının silahlı qanadının komanda mərkəzinə zərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat kəşfiyyat məlumatları əsasında həyata keçirilib.

Əlavə informasiya verilmir.