Azərbaycan XİN Monteneqroya başsağlığı verib

Azərbaycan XİN Monteneqroya başsağlığı verib
SİYASƏT 02 Yanvar 2025 16:10

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Monteneqronun Çetinye şəhərində silahlı hücum nəticəsində insan tələfatı və yaralananlarla əlaqədar başsağlığı verib.

Sitat.info  xəbər verir ki, bununla bağlı XİN-in "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

"Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırıq", - nazirlik qeyd edib.