Qanunsuz pirotexniki vasitələr ölkəyə necə keçir? - Gömrük Komitəsi aciz qalıb?
Ölkədə pirotexniki vasitələrin satışı ilə bağlı qadağa yoxdur.
Bəs, bu qanunsuz satışla məşğul olanlar kimlərdir?
Dekabr ayı ərzində də xeyli qanunsuz satış edənlər saxlanıldı axı...
Belə çıxır ki, Gömrük Komitəsi nazarət-buraxılış məntəqəsini nəzarətsiz qoyub? Hesabat verirsiniz ki, kinoloji itlərimiz, yüksək texniki nəzarət vasitələrimiz, qabaqcıl texnologiyalarımız var, gözümüzdən heç nə qaça bilməz.
Hesabat verirsiniz ki, 3 il ərzində 1 milyondan çox pirotexniki vasitənin idxalının qarşısı alınıb.
Bəs, bu qədər məhsul ölkəyə necə daxil oldu? Yəni, gözdən necə yayınıblar? Bu, mümkündürmü? Gömrükdən nəsə gizlətmək bu qədər asandırmı? Yoxsa məqsədli şəkildə göz yumulur?
Sitat.info