Bolqarıstan prezidentindən Avropanın sonu barədə XƏBƏRDARLIQ

Bolqarıstan prezidentindən Avropanın sonu barədə XƏBƏRDARLIQ
SİYASƏT 08 May 2022 09:55

“Ukrayna böhranının uzanması Avropanı ağır iqtisadi nəticələrə gətirib çıxaracaq”.

“Report”un məlumatına görə, bunu Bolqarıstan Prezidenti Rumen Radev əlavə edib.

“Bu, Avropanın iqtisadi özünü məhv etməsi demək olacaq. Biz də bu istiqamətdə gedirik”, - dövlət başçısı bildirib.

Radev Bolqarıstan parlamentini Ukraynaya hərbi-texniki yardımın göndərilməsi ilə bağlı son qərarına görə tənqid edib. O, Bolqarıstanın münaqişəyə cəlb olunmasını təhlükəli addım adlandıraraq, bu cür dəstəyin risklərinə işarə edib.