Karlsen yenə cins geyindi, təşkilatçılar bu dəfə

Karlsen yenə cins geyindi, təşkilatçılar bu dəfə
Gündəm 31 Dekabr 2024 18:55

Cins şalvar geyindiyi üçün oyundan kənarlaşdırılan şahmatçı Maqnus Karlsen Dünya Blits Çempionatında iştirak edib. Oyunçu yarışa yenə cins şalvarda qatılıb.

Sitat.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video görüntü yayılıb.

Qeyd olunub ki, bu dəfə təşkilatçılar ona heç nə qadağan etməyiblər.

Norveçli idmançı oynamaq üçün 3 dəqiqə vaxt verilən blits oyununa 60 saniyə geciksə də rəqibini məğlub edə bilib.