Cəlilabadda dava: iki nəfər bıçaqlandı

Cəlilabadda dava: iki nəfər bıçaqlandı
KRİMİNAL 31 Dekabr 2024 16:59

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, Cəlilabad rayonunun Hamarqışlaq kəndində gənclər arasında mübahisə yaranıb.

Münaqişə zamanı tərəflər kəsici-deşici alətə əl atıblar. Hadisə nəticəsində iki nəfər - 2002-ci il təvəllüdlü Rəhim Rövşən oğlu Qiyasov (döş boşluğunun sağ yarısının, döş boşluğunun sağ qəfəsinin ön səthinin kəsilmiş yarası) və 2004-cü il təvəllüdlü Elmir Namiq oğlu Teymurov (qarın divarının ön hissəsində kəsilmiş yarası) xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev bildirib ki, əməli törətməkdə şübhəli bilinən 27 yaşlı E. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.