İrandan gələn avtobus Ermənistanda aşdı

İrandan gələn avtobus Ermənistanda aşdı
Gündəm 28 Dekabr 2024 15:23

Ermənistanın Zəngəzur vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Sisian-Ltsen yolunun 13-cü kilometrliyində İran nömrəli “Scania” avtobusu aşıb.

Bildirilib ki, İrandan qayıdan avtobusda 25 sərnişin olub, onların da əksəriyyəti Ermənistan vətəndaşıdır.