Komissiya açıqladı: Qəzada ölən digər 22 nəfərin meyiti...

Komissiya açıqladı: Qəzada ölən digər 22 nəfərin meyiti...
Gündəm 27 Dekabr 2024 20:45

Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının dekabrın 27-də keçirilmiş iclasında bildirilib.

Bununla yanaşı, Dövlət Komissiyasının üzvlərinə hadisədə xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırılıb.