DİN bu klubun futbolçuları ilə bağlı araşdırmalara başladı

DİN bu klubun futbolçuları ilə bağlı araşdırmalara başladı
İdman 27 Dekabr 2024 20:15

 

Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan “Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb.

Sitat.info-nun Apasport.az-a istinadən məlumatına görə, komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.

Klubdan bildirilib ki, araşdırmalar davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.

DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib.