Yeni Klinikanın direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Yeni Klinikanın direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib
Özəl 27 Dekabr 2024 00:35

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.

“Report” xəbər verir ki, bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib.

Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınmışdı.