Bakıya gətirilən yaralılar harada müalicə olunacaq?

Bakıya gətirilən yaralılar harada müalicə olunacaq?
Gündəm 26 Dekabr 2024 20:38

Təyyarə qəzasında xəsarət alanlardan Bakıya gətirilmiş 7 nəfərin müalicəsi Yeni Klinikada aparılacaq.

Sitat.info xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov bildirib.

“Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında xəsarət alanların Bakıya gətirilmiş 7 nəfəri Yeni Klinikaya yerləşdiriləcək. Bütün mütəxəssislər orada yaralıları müalicə edəcək”, – o deyib.