Pezeşkian İlham Əliyevə başsağlığı verdi

Pezeşkian İlham Əliyevə başsağlığı verdi
Gündəm 26 Dekabr 2024 14:19

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Sitat.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İran Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların ailə üzvlərinə başsağlığını çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq bildirib.