223 ukraynalı uşaq müharibənin qurbanı oldu

223 ukraynalı uşaq müharibənin qurbanı oldu
Dünya 07 May 2022 11:20

Rusiya-Ukrayna müharibəsində 223 uşaq həyatını itirib, 410-dan çoxu isə yaralanıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, bu rəqəmlər son deyil. Çünki aktiv döyüş əməliyyatlarının aparıldığı ərazilərdə hələ də axtarış işləri davam edir.