Təyyarədə olan Qırğızıstan vətəndaşları sağ qalıb

Təyyarədə olan Qırğızıstan vətəndaşları sağ qalıb
Gündəm 25 Dekabr 2024 17:28

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb.

Sitat.info xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində üç Qırğızıstan vətəndaşı xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.