Tokayev təyyarə qəzası ilə bağlı göstəriş verdi

Tokayev təyyarə qəzası ilə bağlı göstəriş verdi
Gündəm 25 Dekabr 2024 12:43

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasının araşdırılması ilə bağlı komissiyanın yaradılmasına göstəriş verib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Bildirilib ki, sözügedən komissiyaya Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.