NATO: "Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq"

NATO: \"Müharibənin həlledici mərhələsinə qədəm qoyuruq\"
Gündəm 07 May 2022 09:48

NATO Ukraynadakı müharibənin həlledici mərhələsinin vaxtını proqnozlaşdırıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibinin müavini Mirça Coane “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

 

“Biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq. Artıq həftələr qalıb. Biz müharibənin mümkün eskalasiyasını gözləmirik”, - o söyləyib.

NATO rəsmisi əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məğlubiyyətdən sonra Alyansa qarşı mübarizə aparmaq istəməyəcək.