Rusiya gəmisi batdı - Gəmidə partlayış

Rusiya gəmisi batdı - Gəmidə partlayış
Gündəm 24 Dekabr 2024 10:15

Rusiyanın “Ursa Major” yük gəmisi Aralıq dənizində, İspaniya sahillərində batıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, İspaniyanın “La Verdad” nəşrinin məlumatına görə, 14 dənizçi Kartagena limanına aparılıb, iki dənizçi isə itkin düşmüş hesab olunur.

Eyni zamanda, nəşrin mənbələri iddia edir ki, gəmidə partlayış baş verib.

 Uzun illərdir ki, "Ursa Major" yük gəmisi Suriyadakı rus qoşunları üçün yük daşıyıb. Təhlilçilər bunun Suriyanın Tartus və Xmeymimdəki Rusiya bazalarını boşaltması üçün nəzərdə tutulduğunu güman edirdilər.
Eyni zamanda, OSINT analitiki Oliver Alexander qeyd edir ki, yük gəmisi Tartusun boşaldılmasına kömək etmək üçün deyil, Vladivostoka gedirmiş.

Bildirilib ki, gəmi Vladivostok limanı üçün  iki "Liebherr 420 "mobil kranı və "Layihə 10510"-un yeni nüvə buzqıran gəmisinin tikintisi üçün iki 45 tonluq lyuk daşıyırdı.

Səid,

Sitat.info