İran Əsədə verdiyi 30 milyardı yeni hökumətdən tələb edəcək

İran Əsədə verdiyi 30 milyardı yeni hökumətdən tələb edəcək
SİYASƏT 18 Dekabr 2024 10:41

İran Əsəd rejimindən qalan və 30 milyard dollar olduğu iddia edilən borcu Suriyanın yeni hakimiyyətindən tələb edəcək.

Sitat.info xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Suriyada hakimiyyətin keçid dövrünün bitməsini gözləyirik. Ümumiyyətlə, iki ölkə arasında bağlanan müqavilələr və anlaşma memorandumları həmin ölkələr arasındadır və ləğv edilməyəcək. Bu məsələnin ardınca getmək İslam Respublikasının gündəmindədir”, - XİN rəsmisi bildirib.