Xəzəryanı ölkələr arasında dəniz turizmi xətti işə salınır

Xəzəryanı ölkələr arasında dəniz turizmi xətti işə salınır
SİYASƏT 17 Dekabr 2024 18:20

Yaxın üç ayda Xəzəryanı ölkələr arasında dəniz turizmi xətti işə salınacaq.

Sitat.info xəbər verir ki, bu barədə İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Əli Əkbər Mərzban məlumat verib.

“Rusların təklifinə əsasən, Rusiyanın kruiz gəmisi Həştərxan limanından yola düşəcək, Qazaxıstan, Türkmənistan və Azərbaycandan keçərək Ənzəli limanına çatacaq. Biz bu planla bağlı lazımi tədbirlər görürük və ümid edirik ki, beynəlxalq Xəzər turizm xətti fəaliyyətə başlayacaq”.