Ərdoğan: Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır

Ərdoğan: Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır
SİYASƏT 17 Dekabr 2024 15:20

Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 il ərzində lazımi dəstəyi göstərməyib, göstərə bilməyib.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşündən sonra mətbuata açıqlamasında deyib.

Ərdoğan Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub: “Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam edəcək. Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır”.

Türkiyə Prezidenti həmçinin ölkəsinin Suriya ilə əməkdaşlığa hazır olduğunu ifadə edib.