SON DƏQİQƏ! Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

SON DƏQİQƏ! Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
KRİMİNAL 16 Dekabr 2024 21:11

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-a verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.