Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
MƏDƏNİYYƏT 16 Dekabr 2024 16:29

Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib. 

“/Sitat.info” “Axşam.az”a istinadən xəbər verir ki, ötən gecə teleaparıcının səhhəti pisləşib, təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb.

O.Sənaninin nəvəsi sayta açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.

83 yaşlı aparıcının ağ ciyərində problem yaranıb.

Xatırladaq ki, aylar öncə də Xalq artisti infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.