Hakan Fidan: Ankara Suriyadakı hadisələrdə iştirak etməyib

Hakan Fidan: Ankara Suriyadakı hadisələrdə iştirak etməyib
SİYASƏT 16 Dekabr 2024 09:55

Ankara Suriyada müxalifətin Bəşər Əsəd administrasiyasının devrilməsi ilə nəticələnən əməliyyatında iştirak etməyib.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının “Al Hadath” televiziyasına müsahibəsində deyib.

“Türkiyə bu prosesin bir parçası olmayıb”, - nazir qeyd edib.

Bundan əlavə, Fidan bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın üçüncü ölkələrin vasitəçiliyi ilə dəfələrlə cəhd etməsinə baxmayaraq, Türkiyə tərəfi ilə görüşdən imtina edib.