Mingəçevirdə bıçaqlanan 26 yaşlı gənc öldü

Mingəçevirdə bıçaqlanan 26 yaşlı gənc öldü
KRİMİNAL 16 Dekabr 2024 09:37

Mingəçevirdə bıçaqlanma olunub.

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə dünən saat 21 radələrində Mingəçevir şəhərində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.

B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Xəsarət alan B.Həsənli isə bugün saat 02 radələrində xəstəxanada ölüb.