Azərbaycanda bu oyunun vaxtı qara görə dəyişdi - Foto

Azərbaycanda bu oyunun vaxtı qara görə dəyişdi - Foto
İdman 14 Dekabr 2024 15:12

Misli Premyer Liqasının XVII turunda bu gün keçirilməli olan "Şamaxı" - "Səbail" oyunu nəzərdə tutulan vaxtdan gec başlayıb.

Sitat.info Report-a istinadla xəbər verir ki, buna Şamaxı stadionununda meydançanın qardan təmizlənməsi səbəb olub.

Meydançada təmizləmə işləri aparıldığından qarşılaşmanın start fiti saat 14:20-da çalınıb.

Qeyd edək ki, daha əvvəl görüşün başlama vaxtı saat 14:00-a təyin olunmuşdu.