Gecə və səhər yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Gecə və səhər yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
SOSİAL 14 Dekabr 2024 13:52

Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

"Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir", məlumatda deyilir.