Zaxarovadan TƏCİLİ Suriya açıqlaması- Görün nə tələb etdi?

Zaxarovadan TƏCİLİ Suriya açıqlaması- Görün nə tələb etdi?
Dünya 11 Dekabr 2024 15:41

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Suriyadakı hadisələri diqqətlə izləyir.

Sitat.info xəbər verir ki, Zaxarova Kremlin  tələblərini də səsləndirib: "Rusiya üçün prioritet, Suriyada olan Rusiya vətəndaşlarının təhlükəsizliyi ilə yanaşı, Rusiya obyektlərinin və nümayəndəliklərinin, o cümlədən diplomatik, hərbi və digər obyektlərin toxunulmazlığıdır".

O, həmçinin qeyd edib ki, həmçinin Rusiya şirkətləri və təşkilatlarının fəaliyyətinə aid olan obyektləri də nəzərdə tutur.

Zaxarova, Moskvanın Suriyadakı Rusiya müəssisələrinin statusunu və fəaliyyətini tənzimləyən beynəlxalq hüquq normalarının pozulmaz olduğunu vurğulayıb və bu normaların, o cümlədən Vyana Konvensiyalarının mütləq şəkildə yerinə yetirilməli olduğunu əlavə edib.

Nigar,

Sitat.info