"Ukrayna ordusunu bu istiqamətdə darmadağın etdik" - Rusiya məlumat yaydı

\"Ukrayna ordusunu bu istiqamətdə darmadağın etdik\" - Rusiya məlumat yaydı
Dünya 11 Dekabr 2024 09:59

Rusiya qoşunları DXR-in Yelizavetovka kəndindən Kuraxovun cənubundakı Uspenovka qəsəbəsinə qədər olan ərazilərdə mövqe tutan Ukrayna Silahlı Qüvvələrinin dəstəsini faktiki olaraq məhv ediblər.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Regional Təhlükəsizlik Qüvvələri məlumat verib.

Bildirilib ki, Ukrayna hərbçiləri Yelizavetovkadan Uspenivkaya qədər demək olar ki, məhv edilib və orada yalnız kiçik müqavimət dəstəsi qalıb və onlar da təmizlənir.

 Artıq bir neçə həftədir ki, bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin vəziyyət acınacaqlıdır.

Səid,

Sitat.info