Sumqayıtda oğurluq - Polis hərəkətə keçdi

Sumqayıtda oğurluq - Polis hərəkətə keçdi
KRİMİNAL 09 Dekabr 2024 13:10

Sumqayıt şəhərində bir qadının pulqabısı oğurlanıb.

Polisə müraciət edən qadın 9-cu mikrorayon ərazisində içərisində 7000 manatı, bank kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib. 

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 35 yaşlı S.Atakişiyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.